Ev Cəmiyyət Tələbə və pensiyaçılar üçün güzəştlər gözlənilir

Tələbə və pensiyaçılar üçün güzəştlər gözlənilir

141
0
PAYLAŞ

Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli ola bilər

Tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər.

Naxcivanxeberleri.com  bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlərdən danışarkən deyib.

V.Kərimli bildirib ki, BNA-nın fəaliyyətə başladığı ilk ildə mövcud problemlər və onların araşdırılması, zəruri istiqamətdəki addımlar analiz olunub: “Problemləri mərhələli şəkildə – qısamüddətli və ortamüddətli hədəflər şəklində müəyyən etmişik. Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Bütün dünyada belə bir təcrübə var ki, şəhər daha çox avtomobil deyil, piyadaların istifadəsi üçün hazırlanmalıdır. Şəxsi nəqliyyat vasitələrinin daha az olması üçün isə ictimai nəqliyyatın işi yüksək səviyyədə olmalıdır. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması vacibdir. Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk. Agentliyin hədəfi Bakı standartlarını yaratmaqdır”.

Agentlik rəhbəri yaxın zamanlarda avtobuslara qoyulan tələblərin açıqlanacağını deyib: “Nəqliyyat vasitəsinin həm daxili, həm xarici tərtibatı, həm də texniki göstəriciləri, ən əsası isə təhlükəsizlik məsələləri əsas şərt kimi qoyulub”.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here