Ev İdman “Sportinq”–“Qarabağ” oyununun hakimləri bəlli olub

“Sportinq”–“Qarabağ” oyununun hakimləri bəlli olub

99
0
PAYLAŞ

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın “Sportinq” klubu ilə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.

Naxcivanxeberleri.com xəbər verir ki, matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaqlar.

Matçın hakim-inspektoru Bosniya və herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı “Joze Alvalade” stadionunda keçiriləcək “Sportinq”–“Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here