Ev Sağlamlıq Soğan – təbii dərman

Soğan – təbii dərman

392
0
PAYLAŞ

Soğan apteklərdə satılan dərmanlardan daha çox  faydalıdır.

Soğan təbiətin insanlara bəxş etdiyi dərmandır. Buna görə də, biz soyuqdəyməyə yaxalandıqda, iştahamız olmayanda yeməklərin yanında soğan yeyirik. Soğan apteklərdə satılan dərmanlardan daha çox  faydalıdır.

  1. Temperaturu aşağı salır. Temperaturu olan uşaqlar üçün  ideal qızdırma salıcıdır.
  2. Mikrob əleyhinə təsir göstərir. Yuxarı tənəffüs yollarının infeksiya xəstəlikləri zamanı soğan yemək xəstəliyin əlamətlərini azaldır.
  3. Qanaxma əleyhinə müalicəvi təsirə malikdir. Soğanı kəsib cızılmış nahiyəyə qoyduqda qanaxma dayanır. Həmin yara yerinin tez sağalması üçün isə soğanı eninə kəsib yara yerinə qoyaraq bağlamaq lazımdır.
  4. Yanıq dərmanı təsiri var. Soğanın günəş yanıqlarına da xeyri var.  Yay aylarında günəş şüaları dərini yandırdıqda eninə dilimlənmiş soğanı yanan nahiyyəyə düzüb ən azı 2 dəqiqə saxladıqda dəridə şişkinlik yaranmır. Bu müalicə zəif dərəcəli yanıqlara aiddir.
  5. Öskürək əleyhinə əla vasitədir. Bala qatılmış soğan qarışımı güclü öskürək kəsicidir. Bir qədər soğanı qulaq nahiyyəsinə qoymaq da azyaşlı uşaqlarda öskürəyin qarşısını ala bilir.
  6. Dözümsüzlük. Əgər sizin orqanizminiz həm istiyə, həm də soyuğa qarşı davamsızdırsa, o zaman hər gün yeməyin yanında soğan yeyin.
  7.  Ağrıkəsici təsiri. Soğan qulaq və baş ağrılarında yardım edir. Az miqdar soğanı kəsib qulağa qoyduqda qulaqdakı iltihab əlaməti azalır və ağrı aradan qalxır. Miqren zamanı isə yatmazdan əvvəl qulağa soğan qoymaq davamlı meydana çıxan ağrıları aradan qaldırır.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here