SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub

Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub
6-12-2018, 20:48 40 dəfə baxılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də “Cənub Qaz Dəhlizi” layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.(AZƏRTAC)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
KÖŞƏ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ