SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla İran arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunub

Azərbaycanla İran arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunub
9-01-2019, 16:26 268 dəfə baxılıb

2019-cu ilin yanvar ayının 9-da İran İslam Respublikasının Biləsuvar şə­hə­rində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyət­lərinin işçi görüşü keçirilmişdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumatı yayıb.

İki ölkənin generalları İranın Biləsuvar şə­hə­rində biraraya gəlib.

Tərəflər 11 dekabr 2018-ci il tarixində Bakı şəhərində Azərbaycan və İran sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunmuş razılaşmaların icra­sını nəzərdən keçirmiş, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sər­hə­dindən bu­ra­xılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərin­də etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təza­hürləri, o cüm­lədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəl­xalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sa­hə­sində sər­­həd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir müba­diləsi apar­mış, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəru­ri­­li­yini vurğulamışlar.

Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk­turu­nun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məq­sə­dilə həyata keçirilən tədbirlər nəticəsində “Astara” və “Biləsuvar” dövlət sərhə­dindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanmış, bununla yanaşı “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunmuşdur.

Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişaf etdiril­məsi məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən bura­xılış məntəqələrində görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilmişdir.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031