SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri ilə görüşüb

Elmar Məmmədyarov İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri ilə görüşüb
6-12-2018, 20:27 63 dəfə baxılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.


XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də "Cənubi Qaz Dəhlizi" layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
KÖŞƏ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ