Ev Mədəniyyət “Sirlər xəzinəsi” yeni tərtibatda çapdan çıxıb

“Sirlər xəzinəsi” yeni tərtibatda çapdan çıxıb

106
0
PAYLAŞ

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının Xalq Şairi Xəlil Rza Ulutürk tərəfindən edilən poetik tərcüməsi yeni tərtibatda çap olunub. Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadədir.

Kitaba akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı “Ön söz” yazıb.

Nəşrin redaktoru AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Kitaba alimin “Epik şeirə yeni şivə gətirən sənətkar” məqaləsi əlavə olunub.

Qeyd edək ki, nəfis tərtib edilmiş nəşr Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar Mədəniyyət İşçisi Fəxrəddin Əlinin illüstrasiyaları ilə bəzədilib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here