Ev Köşə yazıları Sən sən ol, bir qıza səni sevirəm demə!

Sən sən ol, bir qıza səni sevirəm demə!

1689
1
PAYLAŞ

  Sən  sən  ol  bir  qıza  səni  sevirəm demə….  Xoşum  gəlir  de,  bəyənirəm  de   amma  sevirəm  demə.. “Səni  Sevirəm”   iki  söz   bir   cümlə,  gənc  bir  qızın  həyatını,  düşüncələrini  tamamilə  dəyişməyə  bəs  edər. Sənin  bir  cümlən  onun  həyata  baxışını  dəyişər,  özünü  ən  xoşbəxt  biri  hesab  edər. Xəyallar  qurar,  səni  sevməsə  belə   sən   “Sevirəm”  dediyin  üçün  səni  bütün  varlığı  ilə  sevməyə,  sənə  bağlanmağa  başlayar. Sırf   “sevirsən”  deyə   qəlbən,  ruhən   özünü  sənə  aid  hesab  edər.

Sən  sən  ol  bir  qıza  səni  sevirəm demə….  O,  həyatını  sənə  bağlayar,  səni  düşünüb,  səni  yaşayar.  Bir  sözlə   “sən”  olar. Qınayarlar  onu  dəyişdin  deyə . İzah  edə  bilməz  “sən”  olaraq  yaşamağı,  “sən”  olmağın  xoşbəxtlik  olduğunu.

Sən  sən  ol  bir  qıza  səni  sevirəm demə….  Həyatın  işidir,  vəfasızlığın  adətidir. Gedərsən  bir  gün,  arxana  baxmadan  gedərsən. Tərk  etdiyin  qızı  xatırlayanda   bütün  günahlar  onundur.  Hətta  sən  ona  nifrət  edirsən. Amma  o  qız  gözü  yaşlı  səni  gözləyər.  Çünki  etdiklərinə  baxmayaraq,  səni  sevir   o  qız,  sevməyə  bəhanələr  axtarır  və  tapır.  Sənə  olan   sevginin  böyüklüyünü   anlada  bilməyən  bir  qız   “sənsizliyi”  yaşayır.  Səssiz -sədasız  sadəcə  yaşayır…

Sən  sən  ol  bir  qıza  səni  sevirəm demə…. Bu  yükü  daşımağa  gücün  çatmaz. Sənin  kimilərin  ucbatından  o  qız  sevgidən,  sevməkdən,  xəyal  qurmaqdan  qorxar.  Daha   dəyişdi   o  qız,  əvvəlki  gülümsəmə   yox  olmuş,   həyat  eşqi  ölmüş. Biraz  susqun,  biraz  içinə  qapanmış  fikirli  biri   olmuşdur.  Artıq  onun  üçün  insanların  həyatından  çıxmasının  bir  mənası  qalmamışdır. Kitab  oxuyan,  daim  ətrafına  gülüşlər  saçan  biri  olubdur. Hər  kəs  onun  nə  qədər  xoşbəxt  olduğunu  düşünür  və  onun  kimi  olmaq  istəyir.  Böyüyəndə  çətinlik,  qəm-kədər  içində  olanlar  uşaqlığına  qayıtmaq  istəyər,  o qızın  qayıda  biləcəyi  bir  uşaqlığı  belə  yoxdur.

Nə  oldu  deyə  soruşanlar  daha  o danışmağa  başlamadan  boş  ver,  keçib-getdi  deyəcəklər.  Sən  onun   “keçməmişisən”,  incəldiyi  yerdən  qopsun  deyə  bir  ifadə  vardır,  incəldiyi  yerdədir  amma  qopa  bilmir. Kitab  oxumağı  sevən  o,  qız  artıq  əlinə  məhəbbət  kitablarını  almaz,  sevgiyə  aid  musiqilər  dinləməz. Təklik  ən  sadiq  dostuna  çevrilər. Ağlayar…. ağlayar…. ağlayar…..

Sən  sən  ol  bir  qıza  səni  sevirəm demə…. O  qızın  yaşadıqlarını  necə  izah  edim  sənə ?!  Yaşadığı  ağrılı -acılı  günləri,  tökdüyü   göz  yaşlarını  necə  izah  edim ?!  O  qız  daha  dəyişdi,  çox  dəyişdi. Səni  görsə  üzünü  çevirib  gedəcək  qədər  dəyişdi. Söz   verdi  güclü  olmağa,  yaşamağa,  ən  əsası  daha  “sən”  olmamağa  söz  verdi.

          Sən  sən  ol   həqiqətən  sevmirsənsə   bir  qıza  “Səni  Sevirəm”  demə…. 

 Əfsanə Əlizadə

 

1 şərh

  1. Ve sen sen ol her seni sevirem deyene inanma
    Her kes seni sevirem deye biler amma sadece biri seni urekden sever
    Esas olan cox sevmek deyil
    Esas olan gozel seve bilmekdi

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here