Ev Dünya Sarkisyan mövqelərini tərk edir

Sarkisyan mövqelərini tərk edir

275
0
PAYLAŞ

Ermənistanın hakim Respublika Partiyası yeni sədr seçəcək.

Naxcivanxeberleri.com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın üçüncü prezidenti, partiya sədri Serj Sarkisyanın baş nazir vəzifələrini müvəqqəti icra edən Karen Karapetyan və digər fraksiya deputatları ilə görüşündən sonra qərar verilib.

“Görüş zamanı Respublika Partiyasının sədrinin dəyişdirilməsi barədə müzakirələrin başlanması ilə bağlı qərar verilib.

Bundan başqa, sabiq prezident Serj Sarkisyan aprelin 23-də elan etdiyi istefasının səbəblərini açıqlayıb”, – Respublika Partiyasının mətbuat xidmətindən bildirilib.

“Görüşdə partiyanın ilkin şərtsiz danışıqlara hazır olduğu bildirilib”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here