Ev Regionlar Şahmatın tempo növü üzrə Culfa rayon birinciliyi başa çatıb

Şahmatın tempo növü üzrə Culfa rayon birinciliyi başa çatıb

111
0
PAYLAŞ

Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində yeniyetmələr arasında keçirilən şahmatın tempo növü üzrə rayon birinciliyi başa çatıb.

Birincilik Culfa rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elçin Cəfərov, Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov və rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktor əvəzi Vüsalə Ələkbərova çıxış edərək idmana göstərilən dövlət qayğısından danışıb, federasiyaların qarşısına qoyulan məqsədlər və bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Qırx yeniyetmə şahmatçının mübarizə apardığı birincilik gərgin mübarizə şəraitində keçib. Görüşlərdə 6,5 xal toplayan Elcan Qulamzadə qalib adını qazanıb. Sunay Kərimli 6 xalla ikinci, Şahin Dünyamalıyev isə 5,5 xalla üçüncü olub.

Yekunda qalib və fərqlənən şahmatçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.(Naxcivantv.az )

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here