Ev İdman Şahmat üzrə muxtar respublika birinciliyinə start verilib

Şahmat üzrə muxtar respublika birinciliyinə start verilib

145
0
PAYLAŞ

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda muxtar respublika birinciliyinə start verilib.

Naxcivanxeberleri.com xəbər verir ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların, ümumilikdə, 8 komandası mübarizə aparır.

Birinciliyin reqlamentinə əsasən hər komandanın heyətində 4 oğlan və 2 qız şahmatçı iştirak edir. Oğlanlar 8, 10, 12 və 14 yaş, qızlar isə 10 və 14 yaş qruplarında ağ-qara taxtada kimin güclü olduğunu nümayiş etdirməyə çalışırlar. Xal hesablamalarına gəlincə, hər qələbəyə 2, heç-heçəyə isə 1 xal veriləcək. Sonda hər hansı komandanın xal hesabları bərabər olarsa, o zaman fərdi yarışlarda qazanılan xallar hesablanacaq.

Qeyd edək ki, birinciliyə oktyabrın 12-də yekun vurulacaq və qalib komandalar federasiya tərəfindən diplom və kubokla mükafatlandırılacaq.(azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here