Ev İdman Sərbəst güləşçilərimiz “Ugra Open”də yarışacaqlar

Sərbəst güləşçilərimiz “Ugra Open”də yarışacaqlar

57
0
PAYLAŞ

Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək.

Naxcivanxeberleri.com xəbər verir ki, ənənəvi xarakter daşıyan yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 idmançı – Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.(Azərtac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here