Ev Sağlamlıq Şəfası kosmosda axtarılan xəstəlik

Şəfası kosmosda axtarılan xəstəlik

125
0
PAYLAŞ

Parkinson xəstəliyinin yeni müalicə üsullarının tapılması və onun mənbəyinin araşdırılmasında istifadə ediləcək təcrübə materialları Beynəlxalq Kosmos Stansiyasına göndərilib.

ABŞ-ın xüsusi servis və kosmik gəmi istehsalçısı “SpaceX”-in “Draqon kapsul”u Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən fəzaya göndərilib. Bu, “SpaceX” kosmos stansiyasına göndərilən 12-ci yük gəmisidir.

“Draqon kapsulu”nda Parkinson xəstəliyinin araşdırılması üçün lazım olan təcrübə vəsaitləri var.

Parkinson xəstəliyinin zülalı hesab edilən LRRK2 kristallarının daha yaxşı araşdırılması üçün onların böyüdülməsi lazımdır. Ancaq Yerin cazibə qüvvəsi kristalların böyüməsinə mane olduğuna görə alimlər bunun kosmosda mümkünlüyünü düşünürlər.(AZERTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here