Ev Cəmiyyət Səbuhi İSMAYILOV – Mən burdan baxıram bütün aləmə (Dalğalansın Bayrağım)

Səbuhi İSMAYILOV – Mən burdan baxıram bütün aləmə (Dalğalansın Bayrağım)

1055
0
PAYLAŞ

Bir əlində silah, bir əlində bayraq vətən keşiyində duran, onun uğrunda vuruşan igidlərin yurdudur Azərbaycan.Günəşi, ayı başqa doğar bu vətənin, tayı bənzəri yoxdur.Azərbaycan ulularımızın bizə əmanət etdiyi cənnətdir. Dahi şəxsiyyət Heydər Əliyev “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır” demişdir.Müqəddəs yurdumuz Azərbaycan Şərqin qədim məskunlaşma ərazilərindən biridir.Coğrafi baxımdan əlverişli olması Azərbaycanı hər zaman diqqət obyektinə çevirmişdir.Zəngin neft ehtiyatlarına sahib olan Azərbaycan bununla beynəlxalq arenada istər siyasi, istər iqtisadi sahədə üstünlük əldə etmişdir.

Azərbaycan Respublikasının 1991-ci il 18 oktaybrda müstəqillik əldə etməsinə baxmayaraq,əsl inkişaf dövrü 1993-cü ildən başladı.Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə həm siyasi,həm iqtisadi,həm də sosial sahədə bir çox addım atıldı.Bu addımlardan ən vacibi 1994-cü il 20 sentyabrda imzalanmış “Əsrin Müqaviləsi” oldu.Müqaviləyə əsasən Azərbaycan nefti dünya bazarlarına çıxarıldı.1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi növbəti mühüm hadisə idi.Konstitusiyaya əsasən Dövlət dili Azərbaycan dili,paytaxtı Bakı şəhəri,rəmzləri Dövlәt bayrağı,Dövlәt gerbi vә Dövlәt himni olan Azərbaycan Respublikası demokratik, hüquqi, dünyәvi, unitar respublika kimi qəbul edildi. Digər əhəmiyyətli hadisələrə Azərbaycan Respublikası-Avropa İttifaqı əlaqələri çərçivəsində Azərbaycanın TRASEKA, İNOGATE kimi layihələrə qoşulmasını, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsini nümunə kimi göstərə bilərik.

Ulu öndərin davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ümummilli liderin siyasətini uğurla davam etdirmişdir. Onun hələ də davam etməkdə olan hakimiyyəti dövründə Azərbaycanla Türkiyə, İran, Rusiya, Avropa ölkələri və.s arasında qarşılıqlı müqavilələr imzalanmış, əhalinin rifahı daha da yaxşılaşdırılmışdır.

Hər şeyi ilə tarixin dilindən düşməyəcək dastan yazdı Azərbaycan, igidləri də özünü bu dastan üçün fəda etdi. Bir kitab kimidir bu vətən,yaxşı oxunmalı, hər sahifəsindən ibrət alınmalıdır.Hər guşəsi bir möcüzədir yurdumun. Şimalını Quba, Qusar bəzər, Zaqatala, Balakən ona yoldaşlıq edər. Cənubunda Lənkəran, Naxçıvan heyran buraxar hər kəsi özünə. Vətənimin qərbi,xalqının bağrı kimi od tutub yanar. Amma unutmamaq lazımdır ki,o torpaqlarda bizim xalqımız vuruşmuşdur və hər bir qarışı xalqımıza halaldır.Nahaq yerə deyilməmişdir ki, Torpaq, əgər uğrunda ölən varsa, vətəndir. Məhz özünü ölümə təslim edənlərimiz qazanmışdır bu yurdu.

Üstündə gəzdiyimiz,havası ilə yaşadığımız yurdumuzun ən səfalı yerlərindən biri də Naxçıvandır.Özünəməxsus təbiəti ilə hər kəsi valeh edən bu şəhərin tarixinin eramızdan əvvəl 1539-cu ildən başladığı qeyd edilir.Böyük İpək yolunun üzərində yerləşməsi onun hər zaman əhəmiyyətli bir şəhər kimi tanınmasına səbəb olmuşdur.

Naxçıvanın tarixi qədim olsa da,dövlətçilikdə rolu əsasən 1991-ci ildə başladı.Belə ki,Ulu öndər Heydər Əliyev 1990-cı ildə Naxçıvana qayıtdıqdan sonra,1991-ci ilin 3 sentyabrında çağrılmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında yekdilliklə Ali Məclisin sədri seçildi və bununla da Naxçıvanda inkişafın əsası qoyuldu.Dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvandakı fəaliyyətində ən mühüm addımlarından biri də Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında fərman imzalaması oldu.Ulu öndər daxili siyasətlə yanaşı xarici siyasəti də nizama saldı.1991-1992-ci illər ərzində Türkiyə Cumhuriyyəti və İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı münasibətlər yaradıldı,sərhəd çay olan Araz çayı üzərində Ümid körpüsü tikildi, Sədərək, Culfa, Şahtaxtı sərhəd keçid məntəqələri yaradıldı, İran İslam Respublikasından Culfa rayonuna, Türkiyə Respublikasının Iğdır vilayətindən isə Naxçıvana elektrik xətləri çəkildi.

Naxçıvanla bağlı ən mühüm hadisə isə onun Azərbaycan Respublikası daxilində Muxtar Respublika kimi tanınması idi. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublika kimi təsdiq edildi. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz”

Bütün bunlar Heydər Əliyevin sayəsində baş verdi.Onun xalqına,vətəninə olan sonsuz sevgisi hər kəsə məlum idi.Hətta bir gün Ümummilli liderin qardaş adlandırdığı şəxs, Süleyman Dəmirəl belə demişdir: “Heydər Əliyevə, bu çətin günlərdə Naxçıvana niyə qayıtdığını soruşdum.O da mənə mən doğulduğum yerdə xalqıma xidmət etmək istərdim,başqa yerdə bunu edə bilməzdim”-deyə cavab verdi.”

Hazırda Naxçıvan günü-gündən abadlaşır,gözəlləşir,hətta Naxçıvan Muxtar Respublikasının təhlükəsizlik sistemi Avropada nümunə göstərilir. Demək olar ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının müstəqilliyində əhəmiyyətli rolu olmuşdur.Dahi şəxsiyyət Heydər Əliyevin də dediyi kimi: “Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yolunda yenə də Naxçıvan dayaqdır.”

Səbuhi İSMAYILOV
rufetcavad@gmail.com

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here