Ev İdman Qurban Qurbanov: Bakıda da “Vorskla”ya qalib gəlməli idik

Qurban Qurbanov: Bakıda da “Vorskla”ya qalib gəlməli idik

27
0
PAYLAŞ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ukraynanın “Vorskla” komandası üzərində qələbədən (1:0) sonra mətbuat konfransına çıxıb.

Naxcivanxeberleri.com xəbər verir ki, çalışdırıcı Bakıda da qalib gəlməli olduqlarını vurğulayıb:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram.

“Vorskla”ya uğurlar arzulayıram. Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orda da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq”.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here