Ev Regionlar Qaraxanbəyli kənd avtomobil yolunun açılışı olub

Qaraxanbəyli kənd avtomobil yolunun açılışı olub

172
0
PAYLAŞ

Hər bir yaşayış məntəqəsinin inkişafında müasir yol infrastrukturunun yaradılması vacib məsələdir. Çünki abad yol rahat yaşayış deməkdir. Qaraxanbəylidə aparılan abadlıq-quruculuq işləri çərçivəsində kənd yolu da yenidən qurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qaraxanbəyli kənd yolunun açılışını edib.

Məlumat verilib ki, 1260 metr uzunluğundakı yol yenidənqurma işləri zamanı genişləndirilib, yola keyfiyyətli asfalt örtük salınıb. Yolun hər iki kənarında hasarlar çəkilib, piyada yolu salınıb, körpü yenidən qurulub. Tikinti işləri zamanı həyətyanı sahələrdə sökülən yardımçı binalar yenidən tikilib, kənddaxili məhəllələr abadlaşdırılıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here