Ev İdman “Qarabağ”ın futbolçusu xarici klubun marağında

“Qarabağ”ın futbolçusu xarici klubun marağında

292
0
PAYLAŞ

İsveçin AİK klubu “Qarabağ”ın yarımmüdafiəçisi Tarik Elyunussinin xidmətində maraqlıdır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə məlumatı İsveç mətbuatı yayıb.

Xəbərdə AİK-in Norveç millisinin də üzvü olan 29 yaşlı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib. Klub futbolçunu icarəyə götürməyin də əleyhinə deyil.

Xatırladaq ki, Tarik Elyunussi “Qarabağ”da icarə əsasında çıxış edir. Ağdam təmsilçisi 29 yaşlı futbolçunu mövsümün əvvəlində “Olimpiakos”dan icarəyə götürüb. Müqaviləyə əsasən, Elyunussi mövsümün sonuna kimi “köhlən atlar”ın üzvü olacaq.

Norveçli yarımmüdafiəçi “Qarabağ”ın heyətində cəmi səkkiz oyun (dördü Premyer Liqada, biri ölkə kubokunda, üçü isə Çempionlar Liqasında) keçirib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here