Ev İdman “Qarabağ”ın ən çətin dönəmi – VİDEO

“Qarabağ”ın ən çətin dönəmi – VİDEO

133
0
PAYLAŞ

Heç şübhəsiz ki, “Qarabağ” özünün çətin günlərini yaşayır. Komanda düşdüyü durumdan çıxış yolları arasa da, sanki hansısa burulğan onu özünə tərəf çəkir.

Ötən gün “Qarabağ” çempionatın autsayderlərindən olan, məhz zəif çıxışına görə serb baş məşqçisi ilə yollarını ayıran “Keşlə” ilə qarşılaşdı.

Həmin gün həm də “Qarabağ”ın ötən mövsüm çıxış etdiyi UEFA Çempionlar Liqasında “Atletiko” üzərində qazandığı qələbəyə bərabər sərfəli heç-heçənin qeydə alındığı gün idi. Yəni Miçelin Madriddə başla qol vurub “Qarabağ”ın tarix yazdığı gündən düz bir il keçirdi.

Həmin gün “Qarabağ” çox öyülmüşdü. Şəninə haqlı olaraq təriflər deyilirdi. Lakin bu gün vəziyyət başqadır. Komandanın taktiki-texniki yox, məhz psixoloji aspektdə rəqiblərindən geri qaldığını artıq əvvəlki yazımla çatdırmağa çalışmışdım. Ancaq “Keşlə” ilə oyun göstərdi ki, vəziyyət düzəlməyib.

Artıq “Qarabağ”ı lider “Neftçi”dən beş xal ayırır. Bu, Ağdam təmsilçisi üçün ciddi siqnaldır. Qurban Qurbanovun komandaya gəlişindən sonra ən ağır dönəmdir. Ardıcıl beş oyunda qələbə qazanmamaq…

Düzəldin, “Vorskla” ilə oyun öncəsi bu ab-havanı düzəldin… Hamı sizdən bunu gözləyir. “Köhlən atlar”ın yenidən şaha qalxmasını…

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here