Ev İdman “Qarabağ” dünya reytinqində irəlilədi

“Qarabağ” dünya reytinqində irəlilədi

172
0
PAYLAŞ

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

“Clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın dörd komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadır. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 541-ci komandasıdır. “Qarabağ” son siyahı ilə müqayisədə bir pillə irəliləyib.

368 xala malik “Keşlə” 781-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 822-ci pillədədir. “Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 844-cüsüdür. Bu klublardan “Keşlə” iki pillə gerilədiyi halda, digərləri mövqelərini qoruyublar.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 17500 xalla 1-ci, “Barselona” 15970 xalla 2-ci, “Atletiko” 13383 xalla 3-cüdür. oxu.az

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here