Ev İdman “Qəbələ” “Sabah”ı məğlub edib

“Qəbələ” “Sabah”ı məğlub edib

132
0
PAYLAŞ

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.

 Naxcivanxeberleri.com bildirir ki, ikinci oyun gününün ilk matçında “Qəbələ” və “Sabah” komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz “Qəbələ”nin ikinci qolunu vurub. “Sabah” təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandasının bundan artığına gücü çatmayıb.

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran “Qəbələ” 5-ci pilləyə yüksəlib. “Sabah” isə 16 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə “Neftçi” səfərdə “Keşlə”ni 1:0, “Qarabağ” evdə “Sumqayıt”ı 2:0 hesabı ilə yenib/Report.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here