Ev Cəmiyyət “Pulunuzu” nəyə xərcləyirsiniz?

“Pulunuzu” nəyə xərcləyirsiniz?

310
0
PAYLAŞ

İnsanın rahat yaşaması üçün elm dayanmadan müxtəlif yeniliklər edir. Avtomobillərin kəşfi ilə uzaq şəhərləri yaxınlaşdıran texnologiya, bu gün bizə uçan maşınlar təklif edir. Ya da bu texnoloji inkişaf bir neçə düymə vasitəsilə həll etdiyimiz işləri artıq sadəcə düşüncə ilə aradan qaldırmaq imkanı yaradır..

Əlbəttə inkişaf çox gözəldir. Təsəvvür edin ki, böyük okeanları, sonsuz çölləri belə, bir neçə saat ərzində “aşaraq” mənzil başına çatmaq mümkündür. Əsrlər əvvəl belə bir imkandan söhbət gedə bilərdimi?! Atlar, dəvələr, gəmilər vasitəsilə aylarla yol gedən insan bu gün saatları da dəqiqələr , hətta mümkünsə saniyələrlə əvəz etməyə çalışır.. Və beləcə dayanmadan daha az zaman, enerji xərcləmək üçün yollar axtarır. Dayanmadan yeni nəsə istəyir, istəyir.. Bəs bu “istəklər” biz insanları hara aparır?..

Şərait yaxşılaşdıqca “iştahası açılan” insan daha da yaxşını istəyir və artıq bu uğurda fərqində olmadan özü ilə “müharibəyə” başlayır. Ən son model telefon, komputer, televizor, divan, mətbəx mebeli ..və.s. üçün gecə-gündüz çalışır. Gözünü “daha”lar, “ən”lər bürümüş insan hiss etmədən ömrünü bu “müharibədə” uduzur .. Başqalarından , hətta özündən belə yaxşı olmaq üçün pulunu, pul üçün sağlamlığını , zamanını xərcləyir.

Ötənlərdə belə bir fikirlə qarşılaşdım. Mütəfəkkirlərdən biri : əslində aldığımız hər əşya üçün ömrümüzdən bir hissəsi veririk – deyib.. Biz hər hansı əşya üçün xərclədiyimiz pula, həyatımızın bir neçə saatını qurban veririk. Və dolayı yolla aldığımız əşya üçün pulumuzu yox, ömrümüzün müəyyən hissəsini xərcləyirik..Ona görə də aldığımız əşyaların əsl dəyərini dərk etmək olduqca əhəmiyyətlidir.

  Bəs siz öz “pulunuzu“ nəyə xərcləyisiniz?

 

Səriyyə Alməmmədova 

“Naxçıvanın Səsi” radiosunun əməkdaşı

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here