Ev Rəsmi Xronika Prezident İlham Əliyev pensiyalarla bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev pensiyalarla bağlı Sərəncam imzalayıb

532
0
PAYLAŞ

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının  Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.

Həmçinin nazirlik fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here