Ev Köşə yazıları Peter Pan sindromu

Peter Pan sindromu

408
0
PAYLAŞ

Peter Pan sindromu, böyümək qorxusu olan uşaqlarda və böyük olduqları halda uşaq kimi hərəkət edən insanlarda müşahidə olunan hərəkət pozulmalarına verilən addır. Burada insanların böyük olduqları halda bəzən etdikləri uşaq kimi hərəkətlər deyil, daimi uşaqsı davranışlar nəzərdə tutulur. Uşaqsı hərəkətlər qarşıdakı insana ilk zamanlar maraqlı gəlsə də, bir müddət sonra sıxıcı hal almağa başlayacaqdır. Bu sindromun qarşısı vaxtında alınmazsa əgər həmin insanın gələcəyi üçün ciddi xəstəliyin yaranmasına səbəb olacaqdır.

          Peter Pan heç bir zaman böyümək istəməyən əfsanəvi nağıl qəhrəmanıdır. İlk dəfə 1983-cü ildə psixoloq Dan  Riley bu nağıla istinad edərək sindroma ad vermişdir. Peter Pan sindromu əsasən oğlan uşaqlarında və 25-40 yaşlı kişi cinsindən olan  insanlarda  müşahidə olunur. Sindromun yaranma səbəbi isə çox sadədir. Uşaq yaşlarından başlayaraq valideynlərin övladlarını çox qorumaları və onlara verilməli olan bütün məsuliyyətlərdən məhrum etmələridir. Övladlarının bütün problemlərini valideynləri həll edir və nəticədə onlar böyüsələr belə  rahat və məsuliyyətsiz həyatın təsirindən çıxa bilmirlər. Beləliklə Peter Pan sindromuna tutulmuş olurlar.

         Sindromun göstəricilərinə nəzər salaq:

  1. Peter Pan sindromlu insanlar böyümək istəməzlər və uşaqlıq vaxtının eqoist, narsist, yetkinləşməyən xüsusiyyətlərindən əl şəkə bilməzlər.
  2. Böyüməyin 4 addımı  olan: “məktəbi bitirmək”, “evdən ayrılmaq”, “pul qazanmaq”, “evlənmək” kimi amillər bu sindromlu insanlardan uzaq qalar. Həyatlarını bu amillərsiz davam etməyə çalışarlar.
  3. Bu sindromlu insanlar böyük yaşlı olmalarına baxmayaraq uşaq kimi paltarlar geyinib, uşaq kimi hərəkət edərlər.
  4. Ailə həyatı qurub övlad sahibi olmaqdan qorxarlar və böyük olduqları halda özlərinə aid bir çox işi valideynlərinə yükləyərlər.
  5. Şəxsi münasibətlərində həyatlarında olan qadın ayrılmaq istədikdə isə ağlayar, “hərşeyi düzəldəcəm”, “sən getsən özümü öldürərəm” kimi ifadələrv işlədər. Qeyd edək ki, əgər bu ifadələr 2-3 dəfə təkrar olunubsa, sindromun  göstəricisi  yox, daha çox  sayda təkrar olunubsa artıq sindromun göstəricisi olaraq baxa bilərik.
  6. Əgər bu sindromlu kişilər ailə həyatı qurarlarsa, məsuliyyətdən qaçarlar. Bir çox məsuliyyəti həyat yoldaşlarına yükləyərlər.
  7. Bu sindromun digər göstəricisi həmin insanlar heç bir iş yerində daim işləməzlər. Səbəbini soruşduqda həmin işin çox sıxıcı olduğunu deyərlər. Fikirlərində heç bir zaman reallıq tapmayan böyük işlər vardır.

Peter pan sindromunun yaş aralıqlarının göstəricilərinə nəzər salaq.

10-15 yaş arasında – uşaqlar cəmiyyətlə əlaqələrini kəsib, onlara verilən məsuliyyətdən qaçır və yalnız qalmağı seçirlər.

16-22 yaş arasında – özlərinə çox dəyər verib, narsist hərəkət edirlər.

23-25 yaş arasında – xoşbəxtliyin onlardan çox uzaq olduğunu zənn edirlər.

26-30 yaş arasında – hüzursuzluq hissi daha çox artır.

45 yaşından sonra isə təkrarən uşaq olmağa çalışırlar və uşaqlar kimi hərəkət edirlər.

          Bu sindromdan xilas olmaq çətindir və bir o qədər məsuliyyət tələb edir. Bu sindromlu insan sadəcə özü – özünü müalicə edə bilər. Onu zorla dəyişmək heç bir nəticə verməyəcəkdir.  Peter Pan sindromlu insan bu halı dəyişmək üçün ciddi şəkildə özünü xarici aləmlə əlaqəyə hazırlamalıdır. Öz istəyi ilə bağlı olaraq bu sindromdan xilas olmağa çalışmalıdır.

                                                  Seyidova  Vüsalə   Naxçıvan  Müəllimlər   İnstitututunun  Təhsildə  sosial  psixoloji  xidmət  ixtisası   üzrə magistr  1-ci kurs tələbəsi                                                   

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here