Ev Cəmiyyət Pensiyaların orta məbləği açıqlanıb

Pensiyaların orta məbləği açıqlanıb

123
0
PAYLAŞ

2019-cu ildə pensiyaların orta məbləği 240 manat civarında olacaq, bu da 6,3 faiz artım deməkdir. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində nəzərdə tutulur.

Naxcivanxeberleri.com xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, gələn il pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here