Ev İqtisadiyyat Pensiya məbləğinin hesablanmasındakı nöqsanlar açıqlandı

Pensiya məbləğinin hesablanmasındakı nöqsanlar açıqlandı

815
0
PAYLAŞ

Əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb.

Bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.

Bildirilir ki, bir çox hallarda arxivləşdirilmiş pensiya işləri üzrə uçot vərəqələrinə ailə başçısını itirmiş ailələrin pensiya almaq hüququ olan ailə üzvlərinin, əlilliyə görə pensiyaçının himayəsində olan uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətləri, eləcə də, əmək qabiliyyətsiz ailə üzvünə görə sosial müavinətin alınıb-alınmaması haqqında müvafiq arayışlar əlavə olunmayıb. Nəticədə şöbələr üzrə ümumilikdə 77 387 manat məbləğində artıq, 1122,4 manat məbləğində əskik ödənişlər həyata keçirilib.

Əlilliyə görə pensiyaçıların 2017-ci ilin 1 iyul tarixinədək olan dövrdə işləyib-işləməməsi nəzarətdə saxlanılmayıb, nəticədə işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin müəssisə və təşkilatlarda çalışan muzdlu işçilərə, habelə aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ümumilikdə 203134,5 manat məbləğində artıq pensiya ödənilib.

Uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə, sosial müavinət və eyni zamanda, əlilliyə görə pensiya alan bir sıra şəxslərin pensiya məbləğinin üzərinə əmək qabiliyyəti olmayan uşaqlarına görə ailə əlavəsi də hesablanaraq, ümumilikdə 22,9 min manat məbləğində artıq pensiya ödənişi həyata keçirilib.

Auditlə əhatə olunan dövrdən əvvəl təyin edilmiş pensiya işlərinin araşdırılması göstərib ki, pensiyanın sığorta hissəsi düzgün hesablanmayıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here