Ev Rəsmi Xronika Penitensiar Xidməti və Tibb baş idarəsi əməkdaşlarının maaşı qaldırıldı

Penitensiar Xidməti və Tibb baş idarəsi əməkdaşlarının maaşı qaldırıldı

297
0
PAYLAŞ

Azərbaycan prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Naxcivanxeberleri.com-un xəbərinə görə, sərəncama əsasən,  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here