Ev Regionlar Ötən ay Naxçıvanda keçirilən əmək yarmarkalarında 204 nəfər işlə təmin edilib

Ötən ay Naxçıvanda keçirilən əmək yarmarkalarında 204 nəfər işlə təmin edilib

120
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabr ayında təşkil olunan əmək yarmarkalarında 204 nəfər işlə təmin edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  bildirilib ki, ötən ay keçirilmiş əmək yarmarkalarında 220 idarə, müəssisə və təşkilatdan, o cümlədən 46-sı özəl sektora aid olmaqla, ümumilikdə, 1857 boş iş yeri təqdim olunub. Bu iş yerlərindən 1497-si dövlət, 238-i qeyri-dövlət müəssisələrini əhatə edib. Keçirilmiş əmək yarmarkaları nəticəsində 204 işaxtaran vətəndaşın 96-sı dövlət, 108-i isə özəl sahədə işlə təmin olunub. Onlardan 52-si 29 yaşadək gənc, 3-ü sağlamlıq imkanları məhdud olan şəxs, 57-si isə qadındır.

Yarmarkalarda, həmçinin Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Qarabağlar və Xok kəndlərinin hər birində 1 nəfər olmaqla, ümumilikdə, 3 nəfər kənd xidmət mərkəzlərinə bərbər işləmək üçün göndərilib.

Əmək yarmarkalarında Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 44, Şərur rayonundan 36, Babəkdən 34, Ordubaddan 21, Culfadan 20, Şahbuzdan 15, Kəngərlidən 23, Sədərəkdən isə 11 işaxtaran müxtəlif işlərlə təmin edilib.(AZERTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here