Ev Regionlar Ordubad texniki peşə və sürücülük məktəbində arıçı ixtisası üzrə kurs təşkil olunub

Ordubad texniki peşə və sürücülük məktəbində arıçı ixtisası üzrə kurs təşkil olunub

143
0
PAYLAŞ

Dekabrın 1-dən Ordubad texniki peşə və sürücülük məktəbində arıçı ixtisası üzrə müdavim hazırlığına başlanılıb.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.z-a istinadən  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamından irəli gələn məsələlərlə bağlı Təhsil Nazirliyi tərəfindən də müvafiq tədbirlər görülüb. Belə ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən peşə məktəblərində arıçı ixtisası açılıb. Rayonun müxtəlif kəndlərindən arıçılar müraciət edərək burada bu peşənin sirlərinə yiyələnirlər.

Həmçinin məktəbdə çörək və qənnadı ustası, bərbər və müxtəlif kateqoriyalar üzrə sürücülər peşə sirlərinə yiyələnir.

Hazırda məktəbdə 149 müdavim təhsilini davam etdirir. Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Ordubad texniki peşə və sürücülük məktəbini 500-dən çox müdavim bitirərək sertfikat alıb.

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here