Ev İdman “Neftçi” Azərbaycan kuboku yarışında yarımfinala vəsiqə qazanıb

“Neftçi” Azərbaycan kuboku yarışında yarımfinala vəsiqə qazanıb

405
0
PAYLAŞ
?

Futbol üzrə Azərbaycan kuboku yarışında daha bir yarımfinalçı müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, günün ikinci qarşılaşmasında “Bakcell Arena”da “Zirə” ilə üz-üzə gələn “Neftçi” dörddəbir finaldakı rəqibini mübarizədən kənarlaşdırıb.

“Zirə” ilə səfər oyununda qapısından bir cavabsız qol buraxaraq məğlub olan “Neftçi” cavab görüşündə rəqibindən 2:0 hesabı ilə üstün olaraq iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Tərlan Əhmədovun rəhbərlik etdiyi komandanın heyətində qolları 36-cı dəqiqədə Uqo Barqas, 45-ci dəqiqədə isə Mirabdulla Abbasov vurublar.

Qeyd edək ki, aprelin 11-də və 18-də keçiriləcək yarımfinal mərhələsində paytaxt təmsilçisi “Qəbələ” – “Səbail” qarşılaşmasının qalibi ilə oynayacaq.

Xatırladaq ki, Azərbaycan kuboku uğrunda yarışlarda günün ilk yarımfinal oyununda Bakının “Keşlə” klubu Gəncənin “Kəpəz” komandasını məğlub edərək yarımfinala adlayıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here