Ev Energetika Neft bazarlarını bu həftə 2 mühüm xəbər gözləyir

Neft bazarlarını bu həftə 2 mühüm xəbər gözləyir

194
0
PAYLAŞ

Neft bazarlarında qiymətlərə bu həftə açıqlanacaq 2 vacib xəbər təsir göstərəcək.

İyunun 13-də OPEC təşkilatının, iyunun 14-də isə Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatları açıqlanacaq. Bununla yanaşı, iyunun 14-də ABŞ-da kommersiya tipli neft ehtiyatları və gündəlik neft hasilatının həcmi barədə hesabat və iyunun 16-da “Baker Hughes” neft-qaz xidmətləri şirkətinin həftəlik neft quyuları barədə hesabatı gözlənilir. Bu səbəbdən neftin qiymətində bu həftə dalğalanmaların artması ehtimal edilir.

Neftin qiyməti azalma trendinə daxil olub və 40 dollar/barel səviyyəsindən aşağı düşə bilər. Qiymətlərin yüksəlməsi üçün neft bazarı olduqca müsbət xəbərlə üzləşməlidir. Bu halda neftin qiyməti 50 dollar/barel səviyyəsini ötə bilər. (Report)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here