Ev Regionlar “Naxçıvanqaz” İstehsalat Birliyi işini günün tələblərinə uyğun qurur

“Naxçıvanqaz” İstehsalat Birliyi işini günün tələblərinə uyğun qurur

158
0
PAYLAŞ

“Naxçıvanqaz” İstehsalat Birliyi mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görür. İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə birliyin müvafiq tədbirlər planına uyğun olaraq ötən ay da işlər davam etdirilib.

Muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 74 ev və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.

Qaz təsərrüfatı sisteminin müasirləşməsi, istismarda olan təzyiq və qaztənzimləyicilərinin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarətölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində də işlər aparılıb. Belə ki, Naxçıvan, “Modul”, “Qaz Turbin – Sement Zavod” qazpaylayıcı stansiyalarında olan ROC-407 qaz sayğaclarının istismar müddətinin başa çatması və ehtiyat hissələrinin istehsalının dayanmasını nəzərə alaraq, Almaniya istehsalı olan “G-650” markalı elstertipli 6 qaz sayğacı alınıb. Qeyd olunan ölçü qovşaqlarından hər birində 2 elstertipli qaz sayğacı quraşdırılıb. Həmçinin ötən ay Naxçıvan şəhərində 55 ədəd smartkarttipli qaz sayğacı istifadəyə verilib.

Muxtar respublikada şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçılarından qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər səbəblərə görə ay ərzində 1482 çağırış daxil olub, qaz təsərrüfatı şəbəkəsində 1580 sızma aşkarlanaraq aradan qaldırılıb.

Naxçıvan Muxtar Respublikasında bu ilin avqust ayında yeni qaz boru xətlərinin quraşdırılması, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəzlənməsi ilə əlaqədar olaraq 13 min 501 paqonmetr borudan istifadə olunub.(azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here