Ev Aktual Naxçıvanlı nazir gənclər üçün ağac əkib

Naxçıvanlı nazir gənclər üçün ağac əkib

341
0
PAYLAŞ

Bu gün Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Nazirliyin tabeliyində olan təşkilatların əməkdaşlarının və 80 nəfər əvvəlcədən qeydiyyatdan keçmiş könüllü gəncin iştirakı ilə “9 Noyabr-Dövlət Bayrağı Günü” münasibəti ilə Naxçıvan şəhəri ətrafında salınmış “Gənclər bağı”nda ağacəkmə aksiyası keçirilib.

Naxcivanxeberleri.com xəbər verir ki, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarovun da gənclərlə birlikdə iştirak etdiyi aksiyada 500 ağac və 500 ədəd üzüm kolu əkilib.

Sonra əkilən bütün ağac və kollar suvarılıb və kübrələnib. Ümumilikdə 100 nəfərin iştirak etdiyi aksiya çay süfrəsi ilə başa çatıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here