Ev İdman Naxçıvanlı idmançı Azərbaycan kubokunun qalibi olub

Naxçıvanlı idmançı Azərbaycan kubokunun qalibi olub

70
0
PAYLAŞ

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən ağır atletika üzrə Azərbaycan kuboku başa çatıb.

Yarışda ölkəmizin şəhər və rayonlarının, idman cəmiyyətlərinin, klubların, idman mərkəzlərinin, Uşaq-gənclər idman məktəblərinin yüzə yaxın atleti qüvvəsini sınayıb. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi olub.

Körpücük üzərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin üzvü Tərmenxan Babayev də çıxıb. O, 85 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İdmançımız iki cəhddə 128 və 152 kiloqram çəki dərəcəsinin öhdəsindən gələrək, ümumilikdə, 280 kiloqram çəkini başı üzərinə qaldırıb. Bununla göstərici olaraq ən yaxın rəqibini 8 kiloqram üstələyən idmançımız Azərbaycan kubokunun qalibi adını qazanıb.
Sonda idmançımız diplom və medalla təltif edilib.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here