Ev İdman Naxçıvanlı güləşçilər beynəlxalq turnirin qalibi olublar

Naxçıvanlı güləşçilər beynəlxalq turnirin qalibi olublar

300
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri İran İslam Respublikasının Miyandab şəhərində sərbəst güləş üzrə beynəlxalq turnirdə uğurlu nəticələr qazanıblar.

Iran İslam Respublikası, Türkiyə Respublikası və Azərbaycanın Naxçıvan Muxtar Respublikasından, ümumilikdə, 9 komandanın mübarizə apardığı turnir 3 gün davam edib. Komanda və fərdi yarışlarda muxtar respublikanın idmançıları böyük uğura imza ataraq beynəlxalq turnirin qalibi olublar. Belə ki, 14 idmançımız – Tuncay Məmmədov, Nicat Ocaqquliyev, Abbas Nəzərəliyev, Hüseyn Əhmədli, Rəvan Bayramov, Heydər Nəcəfov, Məhərrəm Səfərov, Sultan Quliyev, Məzahir İsmayılov, Bəhlul Əsgərli, Fariz Qurbanov, Novruz Ağayev, Yasin Cəfərov və Ələkbər Əsgərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər 6 idmançımız – Nurağa Əhmədov, Ərkal Məmmədov və Rza Vəliyev gümüş, Oruc Bayramov, Anar Həsənov və Yəhya Paşayev isə bürünc medal qazanıblar.

Sonda komanda hesabında qalib olan güləşçilərimizə təşkilatçılar tərəfindən kubok və fəxri diplomlar təqdim edilib.(Naxcivantv.az )

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here