Ev İdman Naxçıvanlı cüdoçuların beynəlxalq turnirdə növbəti uğuru

Naxçıvanlı cüdoçuların beynəlxalq turnirdə növbəti uğuru

263
0
PAYLAŞ

Avqust ayının 11-12 də  Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə  turnirdə  4 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan) 10 komanda  iştirak edib. Naxçıvan Muxtar Respublikasının  cüdo üzrə yığma komandasının 5 üzvü də turnirə qatılıb. Yarış Naxçıvan cüdoçuları üçün uğurlu olub. Yekun nəticəyə əsasən idmançılarımız  Qalib Qaybalıyev 43 kq çəki dərəcəsində I yerə çıxıb. Digər yeniyetmə cüdoçularımızdan   Rəhim Qaybalıyev  22 kq çəki dərəcəsində II , Abbas Məmmədov  50 kq çəki dərəcəsində II , Cavid İsayev  50 kq çəki dərəcəsində III yerə layiq görülüblər. Qaliblərə təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here