Ev İdman Naxçıvanlı boksçular beynəlxalq turnirdə 7 medal qazanıb

Naxçıvanlı boksçular beynəlxalq turnirdə 7 medal qazanıb

189
0
PAYLAŞ

İran İslam Respublikasının Bukan və Miyanduab şəhərlərində boks üzrə 3 ölkənin (Azərbaycan, Türkiyə, İran İslam Respublikası) iştirakı ilə beynəlxalq turnir keçirilib.

Turnirdə 4 komandanın heyətində, ümumilikdə, 80-ə yaxın dəri əlcək sahibi mübarizə aparıb.

Ölkəmizi bu turnirdə Naxçıvan Muxtar Respublikası idmançıları təmsil ediblər. Belə ki, yarışda iştirak edən yeddi dəri əlcək sahibimiz uğurlu nəticələri ilə diqqəti cəlb edib. Boksçularımızdan Nizami Novruzov (50 kiloqram), Kənan İbrahimov (57 kiloqram) və Yusif Əliyev (60 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər dörd dəri əlcək sahibindən Cəbi İsayev (60 kiloqram), Arif Bayramov (64 kiloqram), Sərvər Abdullayev (75 kiloqram) və Zəfər Ağamalıyev (81 kiloqram) isə gümüş medal qazanıblar.

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və ­kubokla mükafatlandırılıblar.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here