Ev Regionlar Naxçıvanda yüksəkixtisaslı həkim briqadaları humanitar aksiya keçirib

Naxçıvanda yüksəkixtisaslı həkim briqadaları humanitar aksiya keçirib

269
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə  Bakı şəhərində fəaliyyət göstərən  yüksəkixtisaslı həkim briqadaları muxtar respublikaya dəvət olunaraq aztəminatlı ailələrin müayinə və cərrahi əməliyyatlarının təşkili davam etdirilib.

ABŞ-ın Ceorgiya ştatındakı Emori Universitetində təhsil almış, Türkiyə, ABŞ və Avropa Endokrinoloji Cəmiyyətinin üzvü, hazırda Bakı şəhərindəki “HB Güvən” klinikasında tibbi fəaliyyət göstərən endokrinoloq Rövşən Həsənovun rəhbərliyi ilə 7 nəfərlik yüksəkixtisaslı həkim heyəti yanvarın 12-dən Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ikigünlük humanitar aksiya keçiriblər .

Aksiyanın ilk günü 75 nəfər endokrinologiya və digər xəstəliklər üzrə tibbi müayinələrdən keçiriliblər.

Qeyd edək ki, keçirilən növbəti humanitar aksiyada, yerli həkim və orta tibb işçiləri də iştirak edirlər. Bu, peşə bacarığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.(Naxcivantv.az)Naxçıvanda yüksəkixtisaslı həkim briqadaları humanitar aksiya keçirib

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here