Ev Rəsmi Xronika Naxçıvanda yeni yollar salınıb, ucqar dağ kəndləri fiber-optik bağlantılarla təmin edilib

Naxçıvanda yeni yollar salınıb, ucqar dağ kəndləri fiber-optik bağlantılarla təmin edilib

89
0
PAYLAŞ

İqtisadi və sosial sahədə inkişafı şərtləndirən amillərdən biri kimi müasir yol-nəqliyyat sisteminin qurulması diqqət mərkəzində saxlanılır.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.az-a istinadən xəbər verir ki, muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq mövcud olan bütün nəqliyyat sahələrində infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir. Quruculuq işləri aparılan hər bir yaşayış məntəqəsində abad və rahat yolların salınması təmin edilir. 2017-ci ildə muxtar  respublika üzrə 70 kilometr uzunluğunda yeni asfalt yol salınmış, 12 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvan     şəhərində yerüstü piyada keçidi istifadəyə verilmiş, Naxçıvan Beynəlxalq Hava Limanında karqo teminalının yenidənqurulması başa çatdırılmışdır.

İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmini artırmaqla yanaşı, keyfiyyətini də  yaxşılaşdırmış, ucqar dağ kəndlərinin də fiber-optik bağlantılarla təmin edilməsinə və genişzolaqlı internetin əhatə dairəsinin artırılmasına səbəb olmuşdur. Bu istiqamətdə tədbirlərin davamı olaraq Ordubad rayonunda telekommunikasiya şəbəkəsinin yeni nəsil telefon stansiyaları ilə əvəz edilməsinə başlanmışdır.

Muxtar respublikada  istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında da heç bir problem yaşanmır. Lakin enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin rolunun artırılması da diqqət mərkəzində saxlanılır. 2017-ci ildə Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmış, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati bina və yarımstansiya istifadəyə verilmişdir. Hazırda Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə hesablanıb.Naxçıvanda yeni yollar salınıb, ucqar dağ kəndləri fiber-optik bağlantılarla təmin edilib

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here