Ev Cəmiyyət Naxçıvanda yeni elmi kitabların təqdimatı olub

Naxçıvanda yeni elmi kitabların təqdimatı olub

477
0
PAYLAŞ

“Naxçıvan Muxtar Respublikasının seolitləri və “Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” kitablarının təqdimat mərasimi keçirilib.

Nəşrlərin müəllifləri Azərbaycan Milli Elmlər  Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova və institutun “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevdir.

Azərbaycan Milli Elmlər  Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru Əliəddin Abbasov  əvvəlcə  “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri”  kitabı barədə danışıb. Bildirib ki,  kitabda muxtar respublikada  mövcud olan seolit yataqlarının  sənaye əhəmiyyətinə diqqət çəkilir.

“Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” monaqrafiyasından  bəhs edən  Ələddin Abbasov  bildirib ki,  kitab  əsasən, qurğuşun və onun birləşmələrinin alınması və xassələrinə həsr olunub.  .

Mərasimdə institutun direktor müavini,  kimya elmləri doktoru Bayram Rzayevin,  “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasının müdiri,  kimya elmləri üzrə fəlsəfə doktoru, dosent  Qorxmaz Hüseynovun çıxışları da dinlənilib.

Sonda müəlliflər – Kimya elmləri üzrə fəlsəfə doktorları Günel Məmmədova və Əhməd Qarayev çıxış edərkən bu sahədə elmi tədqiqat işlərini daha da genişləndirəcəklərini  bildiriblər.(NaxçıvanTV)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here