Ev Cəmiyyət Naxçıvanda “Xəbərlər” jurnalının 2018-ci ildə ilk sayı işıq üzü görüb

Naxçıvanda “Xəbərlər” jurnalının 2018-ci ildə ilk sayı işıq üzü görüb

170
0
PAYLAŞ

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə hazırlanan “Xəbərlər” jurnalının 2018-ci ildə ilk sayı işıq üzü görüb. İldə dörd dəfə dərc olunan jurnalın yeni sayı ictimai və humanitar elmlər seriyasına həsr edilib.

Akademiyanın Naxçıvan Bölməsinin informasiya şöbəsindən bildirilib ki, nəşrin tarix, arxeologiya və etnoqrafiya, Azərbaycan dili, folklor və ədəbiyyat, incəsənət, iqtisadiyyat adlı bölmələrində 45 müəllifin müxtəlif səpkili mövzuları əhatə edən elmi məqalələri yer alıb. Belə ki, jurnalda “Naxçıvanın Atropatena dövlətində yeri və roluna dair”, “2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı – Naxçıvan şəhəri”, “Naxçıvan təpə yaşayış yerində arxeoloji qazıntılar”, “Naxçıvan dialekt və şivələrində işlənilən bəzi köməkçi nitq hissələri haqqında”, “Muxtar Qasımzadənin “Nuhçıxandan gəlirəm” və “Yaddaş çırağı” şeirlər silsiləsində Naxçıvan abidələrinin bədii əksi”, “XIX əsrin sonu – XX əsrin əvvəlləri Naxçıvana dair bəzi tarixi əlyazma salnamələri”, “Naxçıvan yallıları: Köçəri yallısı”, “Qastronomiya turizminin Naxçıvan Muxtar Respublikasında inkişaf perspektivləri” və digər məqalələr dərc olunub.(AZƏRTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here