Ev Cəmiyyət Naxçıvanda Ümumdünya Daun Sindromlu İnsanlar Günü qeyd edilib

Naxçıvanda Ümumdünya Daun Sindromlu İnsanlar Günü qeyd edilib

527
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə tədbir təşkil edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu kateqoriyadan olan  şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, muxtar respublikada  sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyalarını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, onun Şərur və Ordubad rayonlarındakı bölmələri, əmək terapiyası, təlim bərpa, artterapiya, kinekt-oyunlar otaqları, həmçinin psixoloji dəstək xidməti, Uşaq Bərpa Mərkəzində isə multisensorlu və erqoterapiya reabilitasiya otaqları, habelə idman bölmələri yaradılıb.  Eyni zamanda doun sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüşlərin keçirilməsi də daim diqqət mərkəzində saxlanılır.

Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” Mahnı və Rəqs ansamblı konsert proqramı ilə çıxış edib.

Sonda daun sindromlu 74 şəxsə bayram hədiyyələri verilib. Valideynlər göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildiriblər.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here