Ev Təhsil Naxçıvanda tələbələrin iştirakı ilə “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda tədbir təşkil olunub

Naxçıvanda tələbələrin iştirakı ilə “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda tədbir təşkil olunub

529
0
PAYLAŞ

Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin turizm və otelçilik ixtisasında təhsil alan tələbələrin iştirakı ilə  “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda dəyirmi masa keçirilib.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.az-a istinadən  xəbər verir ki,  tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli qeyd ediblər ki, turizm ehtiyatlarının təbliğində elektron informasiya resurslarının əhəmiyyəti böyükdür. Ölkəmizin bir çox informasiya portallarında və sosial şəbəkələrdə “Naxçıvanın turizm imkanları” mövzusuna geniş yer verilir.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda turizm sahəsində həyata keçirilən tədbirlər Muxtar Respublikaya gələn turistlərin sayına da öz müsbət təsirini göstərib. Cari ilin yanvar-oktyabr  ayları  ərzində muxtar respublikaya 338 mindən artıq turist gəlib.

Tədbirdə həmçinin vurğulanıb ki, gənclərimiz sosial şəbəkələrdən, əsasən, təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir. Bu tədbirlər gələcəkdə də davam etdirilməli, gənclər internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışmalıdırlar.

Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here