Ev Hərbi Naxçıvanda növbəti gizir hazırlığı kursu başa çatıb

Naxçıvanda növbəti gizir hazırlığı kursu başa çatıb

254
0
PAYLAŞ

Əlahiddə Ümumqoşun Orduda gizir hazırlığı kursunu müvəffəqiyyətlə başa vuran məzunların 7-ci buraxılış mərasimi keçirilib.

Mərasimə hazırlıqla bağlı məruzə edildikdən və hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən zabit və məzunlar doğma Vətənin  müdafiəsində bundan sonra da ayıq-sayıq dayanacaq, verilən tapşırıqları peşəkar hərbçi kimi yerinə yetirəcək gizirlərə xidmətlərində uğurlar arzulayıblar.

Sonra Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxışların ardından kursları müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.

Sonda məzunlarla xatirə şəkili çəkdirilib.(ntv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here