Ev Mədəniyyət Naxçıvanda “Milli Musiqi Günü” ilə bağlı konsert proqramlarının təşkilinə başlanılıb

Naxçıvanda “Milli Musiqi Günü” ilə bağlı konsert proqramlarının təşkilinə başlanılıb

126
0
PAYLAŞ

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə imzaladığı Fərmana əsasən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qrafikinə əsasən ötən şənbə günündən başlayaraq “Milli Musiqi Günü” ilə bağlı tədbirlərə start verilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Milli Musiqi Günü” ilə bağlı tədbirlərin qrafikini təsdiq edib. Bu qrafikə əsasən muxtar respublikanın paytaxtında və rayon mərkəzlərində, o cümlədən uşaq musiqi, incəsənət və dədii sənətkarlıq məktəblərində konsertlər təşkil olunacaq. Eyni zamanda “Milli Musiqi Günü” ilə bağlı dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən “Uzun ömrün akkordları”bədi filminin və musiqimizlə bağlı sənədli filimlərin nümayiş etdirilməsi, musiqi tariximizlə bağlı mühazirələrin oxunması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qrafikinə əsasən ötən şənbə günündən başlayaraq “Milli Musiqi Günü” ilə bağlı tədbirlərə start verilib. İlk olaraq Naxçıvan şəhərindəki “Böyük bağ” İstirahət və Mədəniyyət Parkında Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın konserti təşkil olunub.

Konsert şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.(naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here