Ev Siyasət Naxçıvanda hərbi qulluqçuların daşqaldırma birinciliyinə yekun vurulub

Naxçıvanda hərbi qulluqçuların daşqaldırma birinciliyinə yekun vurulub

161
0
PAYLAŞ

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında daşqaldırma birinciliyi keçirilib.

Naxçıvan Ordu İdman Klubunda təşkil olunan birincilikdə 14 komandadan 70 idmançı iştirak edib. 60, 65, 70, 80, 90 və 90 kiloqramdan artıq olmaqla 6 çəki dərəcəsində keçirilən yarışda hər bir hərbi qulluqçu daha əzmlə iştirak edərək öz çəki dərəcəsi üzrə birincilik uğrunda mübarizə aparıb. Hərbi qulluqçularla yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantları da daşqaldırma birinciliyində iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti mayor Vahid Məmmədovun rəhbərlik etdiyi birincilik daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib. Hər çəki dərəcəsində şəxsi yerlər hər iki növ çalışmada yığılmış ən çox xalla müəyyən edilib.

Şəxsi hesabda 60 kq çəki dərəcəsində əsgər İsmət Mehtiyev, 65 kq çəki dərəcəsində əsgər Zahid Bağırlı, 70 kq çəki dərəcəsində əsgər Hüseyn Hüseynəliyev, 80 kq çəki dərəcəsində əsgər Zöhrab Hüseynov, 90 kq çəki dərəcəsində baş leytenant Əlqəm Gözəlov və 90 kq-dan yuxarı çəki dərəcəsində leytenant Səid Feyziyev birinci yerə layiq görülüb.

Yekun nəticələrə əsasən komanda hesabında  üçüncü yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, ikinci yerdə motoatıcılar, birinci yerdə xüsusi təyinatlılar qərarlaşıb.

İlk üçlüyə düşməyi bacaran qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən “Fəxri Fərman”, “Diplom” və kuboklarla mükafatlandırılıb.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here