Ev Regionlar Naxçıvanda GÖYCƏ FESTİVALI keçiriləcək

Naxçıvanda GÖYCƏ FESTİVALI keçiriləcək

556
0
PAYLAŞ

Mayın 19-u və 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət  nazirlikləri, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçiriləcək .

Festivalın açılışı may ayının 19-da saat 1100-da olacaq.

Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək Göycə Festivalı özünün rəngarəngliyi və müxtəlifliyi ilə Sizdə xoş ovqat yaradacaq.

Qeyd edək ki, Naxçıvanda ötən illərdə də Göycə Festivalı keçirilib. Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here