Ev Cəmiyyət Naxçıvanda görmə məhdudiyyəti olan 300 şəxsə sovqat təqdim olunub

Naxçıvanda görmə məhdudiyyəti olan 300 şəxsə sovqat təqdim olunub

27
0
PAYLAŞ

Bu gün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov deyib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslər dövlətimizin hərtəfəli qayğısı əhatəsindədir. Onların sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bu gün muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilib. Bu tədbirlərdə ümumilikdə görmə məhdudiyyəti olan 300 şəxsə sovqat təqdim olunub.

Tədbirdə iştirak edə bilməyən şəxslərə isə evlərində baş çəkilib, onlara sovqat verilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ictimaiyyətin diqqətini gözdən əllilik və zəif görmə problemlərinə cəlb etmək məqsədilə 13 noyabr tarixi Beynəlxalq Gözdən Əlillər Günü kimi təsis edilib. Naxcivantv.az

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here