Ev Rəsmi Xronika Naxçıvanda Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıdı -Sərəncam

Naxçıvanda Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıdı -Sərəncam

359
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 23-də Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 iyul tarixli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1.Fəxri adlara görə aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 50 manat müəyyən edilsin.

2.“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 iyul tarixli 203-01/S nömrəli Sərəncamının 1-ci hissəsində “30 manat” sözləri müvafiq olaraq “50 manat” sözləri ilə əvəz edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.”(naxçıvantv)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here