Ev Regionlar Naxçıvanda çöl quşlarında yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə monitorinq keçirilib

Naxçıvanda çöl quşlarında yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə monitorinq keçirilib

99
0
PAYLAŞ

Bu gün Naxçıvan MR-sı Dövlət baytarlıq xidməti Babək rayon baytarlıq idarəsi ilə birgə arazboyu ərazilərdə monitorinq aparıb.

Naxçıvan MR-sı Dövlət baytarlıq xidməti müxtəlif ərazilərdə çöl quşlarında yarana biləcək xəstəliklərin qarşısını qabaqcadan almaq məqsədilə  mütamadi olaraq monitorinqlər keçirir. Bu gün də Xidmətin əməkdaşları arazboyu ərazilərdə köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verib. Monitorinqin aparılmasında əsəs məqsəd ərazilərin müəyyən xəstəliklərə qarşı dizinfeksiya və dizinseksiya olunması, çöl quşlarında olan xəstəliklərin ev quşlarına keçməməsi üçün analizlərin aparılmasıdır. Xidmətin əməkdaşlarının apardıqları monitorinq zamanı ərazilərdə yoxlamalar aparılmış və heç bir  xəstəliyə yoluxmuş quş cəsədinə rast gəlinməmişdir.

Qeyd edək ki, belə tədbirlərin MR-nın digər sərhədyanı və sututar ərazilərində də keçirilməsi nəzərdə tutulub.(naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here