Ev Rəsmi Xronika Naxçıvanda bayramla əlaqədar nəqliyyat, rabitə xidmətinin və Təcili Tibb Mərkəzinin əməkdaşları gücləndirilmiş...

Naxçıvanda bayramla əlaqədar nəqliyyat, rabitə xidmətinin və Təcili Tibb Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır

220
0
PAYLAŞ

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin bayramı ilə əlaqədar olaraq Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin,“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan şəhər Təcili Tibb  Mərkəzi kollektivi gücləndirilmiş iş rejimində çalışır.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.az-a istinadən xəbər verir ki, bayram günlərində şəhərdaxili maşurutlardan istifadə edənlərin sayının artması nəzərə alınaraq avtobusların sayı 59-a çatdırılıb.

Rayon mərkəzlərindən və kəndlərdən sərnişin daşıyan avtobus və mikroavtobuslar Naxçıvan avtovağzalına vaxtında daxil olur və qrafikə uyğun hərəkət edir. Bakı şəhərinə və qardaş Türkiyə Respublikasına da  avtobuslar vaxtında hərəkət edirlər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, eləcə də “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi  və Naxçıvan şəhər Təcili Tibb  Mərkəzi də bayram günlərində iş başındadır.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here